İran ordusu Hörmüz boğazını bağlamağa hazırdır

İran ordusu Hörmüz boğazını bağlamağa hazırdır

Sona Osmanova · Siyasət ·

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Əlirza Tənqiri, ölkə rəhbərliyinin əmri olduğu təqdirdə Hörmüz boğazını bağlamağa hazır olduqlarını bildirib.

Redaksiya məlumat verir ki, admiral Tənqiri əsgərlər olaraq bu əmri yerinə yetirməyə hazır olduqlarını vurğulayıb. Onun sözlərinə görə, bu qərar qəbul edildiyi təqdirdə, hərbi qüvvələr dərhal hərəkətə keçəcəklər.

Hörmüz boğazı beynəlxalq ticarət üçün strateji əhəmiyyət kəsb edən bir keçiddir. Bu boğazdan təxminən dünya neftinin 20%-iqlobal mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının 30%-i tranzit edilir. Belə bir addımın atılması qlobal enerji bazarlarında ciddi nəticələrə səbəb ola bilər.