İran İsrailə xəbərdar etdi

İran İsrailə xəbərdar etdi

Sevinc Kərimova · Siyasət ·

İranın müdafiə naziri Əziz Nasirzadə İsrailə qarşı istifadə olunmamış daha müasir və inkişaf etmiş raketlərə sahib olduqlarını bildirib.

Redaksiya xəbər verir ki, nazir açıqlamasında mümkün yeni toqquşma zamanı bu raketlərin istifadəyə veriləcəyi barədə xəbərdarlıq edib.

Nasirzadənin sözlərinə görə, İranın silah arsenalında hazırda döyüş meydanında sınaqdan keçirilməmiş və daha üstün texnologiyalara malik raket sistemləri mövcuddur. O, bu potensialın ölkənin müdafiə gücünü artırdığını və lazım gələrsə İsrailə qarşı tətbiq ediləcəyini vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, İran bölgədə sülhün tərəfdarıdır, lakin hər hansı hücum və ya təxribat halında cavablarının “çox sərt və dağıdıcı” olacağına heç kimin şübhə etməməlidir.

Bu açıqlama Tehran və Təl-Əviv arasında gərginliyin daha da artdığını göstərir və bölgədə yeni hərbi qarşıdurma ehtimalını gündəmə gətirir.

Sevinc Kərimova