İran ordusu son saatlarda İsrailin Təl-Əviv, Hayfa şəhərlərinə və ABŞ-nin Küveytdəki hərbi bazalarına yeni zərbələr endirdiyini bəyan edib.
Redaksiya bu barədə xarici və yerli KİV-lərə istinadən xəbər verir.
"Son saatlar ərzində ordunun hərbi hava və hərbi dəniz qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə əməliyyatlar keçirib, Hayfa və Təl-Əvivdəki obyektləri, eləcə də ABŞ-nin Küveytdəki "Arifcan" düşərgəsində yerləşən mərkəz və bazalarını vurub", - deyə bəyanatda bildirilir.
