İran rəhbərliyi ABŞ-ın hərbi əməliyyatlarından öncə sabiq prezident Donald Trampa birbaşa xəbərdarlıq ünvanlayıb.
Redaksiya xəbər verir ki, NBC News-ın yaydığı məlumata görə, İran, əgər ABŞ İrana hücum edərsə, ölkə daxilində yerləşən gizli terror qruplarını hərəkətə keçirəcəyini bəyan edib. Bildirilir ki, bu hədə dolu mesaj hücumlardan öncə birbaşa Trampa çatdırılıb.
Məlumata görə, ABŞ-ın təhlükəsizlik qurumları ölkə daxilində belə şəbəkələrin mövcudluğunu ciddi şəkildə araşdırır və əlavə təhlükəsizlik tədbirləri görülür. Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Kənan Cəlilov
