İran: Əraqçiyə qarşı sui-qəsd təhlükəsizlik xidmətləri tərəfindən önləndi

İran: Əraqçiyə qarşı sui-qəsd təhlükəsizlik xidmətləri tərəfindən önləndi

Sevinc Kərimova · Dünya ·

İran Xarici İşlər Nazirliyinin yüksək səviyyəli müşaviri, paytaxt Tehran şəhərində İsrail tərəfindən hazırlanmış böyük bir sui-qəsd planının qarşısının alındığını açıqlayıb. Bildirilib ki, hədəf nazir Abbas Əraqçi olub.

Redaksiya xəbər verir ki, İran rəsmisinin sözlərinə görə, təhlükəsizlik qüvvələri bu planı bir neçə gün əvvəl müəyyən edərək zərərsizləşdirib. Hadisənin detalları açıqlanmasa da, Əraqçiyə qarşı hazırlanmış hücumun İsrail kəşfiyyatına bağlı olduğu vurğulanıb.

Qeyd edilib ki, ölkənin təhlükəsizlik strukturları bu kimi təxribatların qarşısını almaqda tam hazırlıqlıdır və düşmən qüvvələrin ölkə daxilində sabitliyi pozmasına imkan verilməyəcək.

Sevinc Kərimova