İran hərbçiləri Buşehr vilayətinin Cəm bölgəsində ABŞ-a məxsus pilotsuz uçuş aparatını məhv etdiklərini açıqlayıb.
Redaksiya xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası IRIB məlumat yayıb.
Cəm bölgəsinin qubernatoru Məsud Tangestani efirdə bildirib ki, hava məkanında hərəkət edən uçuş aparatı İran Silahlı Qüvvələri tərəfindən vurulub.
Onun sözlərinə görə, hadisədən sonra bölgədə vəziyyət sakit olaraq qalır.
İran mediası vurulan aparatın ABŞ-a məxsus olduğunu bildirir, lakin dronun modeli və hansı missiya yerinə yetirdiyi barədə əlavə detal açıqlanmayıb.
Hələlik ABŞ tərəfi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Hadisə ABŞ-İran gərginliyinin artdığı və Fars körfəzi ətrafında hərbi aktivliyin yüksəldiyi dövrə təsadüf edir.
