İran İnqilab Keşikçiləri Korpusu ABŞ aviabazasına zərbə endirdiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, SEPAH hücumu Bəndər-Abbas liman şəhəri yaxınlığında həyata keçirilən Amerika zərbəsinə cavab kimi təqdim edib.
Korpusun bəyanatında bildirilir ki, ABŞ-ın İrana qarşı hər hansı yeni hücumu daha qətiyyətli cavabla nəticələnəcək.
SEPAH Vaşinqtonun yaranacaq nəticələrə görə tam məsuliyyət daşıdığını vurğulayıb.
Hadisə ABŞ və İran arasında hərbi gərginliyin yenidən kəskinləşdiyi, Hörmüz boğazı və Fars körfəzi ətrafında təhlükəsizlik risklərinin artdığı dövrə təsadüf edir.
Hələlik ABŞ tərəfi aviabazaya zərbə və mümkün itkilərlə bağlı ətraflı rəsmi məlumat açıqlamayıb.
