İordaniya Xarici İşlər naziri Ayman Safadi İsrail Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” adlandırılan vizyona sadiq olduğunu bəyan etməsini kəskin şəkildə pisləyib.
Redaksiya xəbər verir ki, Safadi, Netanyahunun bu açıqlamasının regionun təhlükəsizliyi və sabitliyi üzərində ciddi və ağır nəticələr yarada biləcəyini bildirib. Nazir, İsrail baş nazirini bölgədə gərginliyi artıracaq və sülh imkanlarını zəiflədəcək bəyanatlardan çəkinməyə çağırıb.
O, belə ritorikanın həm Yaxın Şərqdə, həm də beynəlxalq aləmdə yeni qarşıdurmalara yol aça biləcəyinə diqqət çəkib.
Sevinc Kərimova
