2025-ci il mayın 19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təmsilçiləri ilə görüş keçirilib.
Redaksiya xəbər verir ki, görüşdə Koalisiyanın fəaliyyəti barədə müzakirələr aparılıb, insan alveri ilə mübarizə sahəsində məlumatlılığın artırılması, zərərçəkmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial reabilitasiyası istiqamətində vətəndaş cəmiyyətinin mühüm rola malik olması qeyd edilib.
