İndoneziyada Levotobi vulkanı güclü şəkildə püskürdü

İndoneziyada Levotobi vulkanı güclü şəkildə püskürdü

Sevinc Kərimova · Hadisə ·

İndoneziyanın şərqində yerləşən Levotobi vulkanı şiddətli püskürmə nəticəsində aktivləşib.

Redaksiya xəbər verir ki, vulkanın püskürməsi zamanı havaya qalxan kül buludları 18 kilometr yüksəkliyə qədər yüksəlib.

Rəsmilər əhaliyə xəbərdarlıq edərək bölgədə sel təhlükəsi və mümkün təxliyə ehtimalına qarşı ehtiyatlı olmağa çağırıblar.

Vulkanın aktivliyinin davam etdiyi və ətraf ərazilərdə yaşayanlar üçün təhlükənin hələ də yüksək olduğu bildirilib. Hadisə yerində nəzarət və təhlükəsizlik tədbirləri gücləndirilib.

Kənan Cəlilov