ABŞ-lı məşhur iş adamı İlon Mask, onu deportasiya etməyə çağıran Tramp administrasiyasının sabiq Ağ Ev müşaviri Stiv Bennonu sərt şəkildə tənqid edib.
Redaksiya xəbər verir ki, Mask açıq şəkildə Bannonu “gombul, sərxoş avara” adlandırıb və onun yenidən həbsə qayıdacağını bildirib: “Bu dəfə uzun müddətlik olacaq. Çünki ödəməli olduğu bir ömürlük cəzası var”, — deyə Mask sərt açıqlama verib.

Xatırladaq ki, Stiv Bennon bir neçə gün əvvəl İlon Maskın ölkədən çıxarılmalı olduğunu deyərək, onun fəaliyyətinə qarşı sərt mövqe nümayiş etdirmişdi. Maskın cavabı ABŞ ictimaiyyətində geniş rezonans doğurub.
Kənan Cəlilov
