İlon Mask, Donald Trampı tərk etdi!

İlon Mask, Donald Trampı tərk etdi!

Sevinc Kərimova · Dünya ·

ABŞ-ın məşhur texnologiya mütəxəssisi və iş adamı İlon Mask, Donald Tramp administrasiyasından ayrıldığını bəyan edib. Mask bu qərarını ictimaiyyətə qısa, lakin konkret açıqlama ilə çatdırıb.

Redaksiya xəbər verir ki, hazırda Tesla, SpaceX və xAI kimi texnologiya nəhənglərinin rəhbəri olan Mask, administrasiya ilə yollarını ayırmaqla bağlı detallı səbəb göstərməsə də, bu addımın həm siyasi dairələrdə, həm də texnologiya sektorunda ciddi müzakirələrə yol aça biləcəyi ehtimal olunur.

Mask, əvvəllər də ABŞ siyasətində fəal mövqeyi və bir sıra dövlət siyasətləri ilə bağlı sərt tənqidləri ilə gündəmə gəlib. Onun Tramp administrasiyası ilə münasibətləri zaman-zaman dəyişkən xarakter daşıyıb.

Ekspertlər Maskın bu addımının onun şirkətlərinin gələcək strateji prioritetlərinə və texnologiya sektorunda formalaşan yeni siyasət dalğasına uyğun olduğu qənaətindədirlər.

İlon Maskın növbəti açıqlamaları və bu qərarın təsirləri yaxın günlərdə daha aydın olacaq.

Xatırladaq ki, o, Trampın hakimiyyətə gəldiyi dönəmdə yenicə yaradılmış Hökümətin Effektivliyi Demartamentinin (DOGE) sədri vəzifəsini tuturdu.

Sevinc Kərimova