ABŞ mərkəzli X şirkətinin sahibi İlon Mask, sosial şəbəkə platformasındakı paylaşımında App Store-da xAI-ın “Grok” və X tətbiqlərinin ChatGPT ilə müqayisədə kifayət qədər görünür olmadığını iddia edərək Apple-a qarşı məhkəmə iddiası qaldıracağını bildirib.
Redaksiya xəbər verir ki, OpenAI şirkətinin baş direktoru Sam Altman isə Maskı X platformasının alqoritmini şəxsi maraqları üçün dəyişdirməkdə ittiham edib.
İki iş adamı arasında gərginliyin, 2015-ci ildə birlikdə qurulan OpenAI üzərindən illərdir davam etdiyi qeyd olunur.
Fərid Əlizadə
