Texnologiya milyarderi İlon Mask, sosial media platforması X-də ABŞ Konqresinin qəbul etdiyi rekord həcmdə borc limitinin artırılması qərarını sərt tənqid edib.
Redaksiya xəbər verir ki, Mask paylaşımında bildirib:
“Bu qanunun ağlasığmaz xərcləmələri və dövlət borcunun beş trilyon dollar artırılması göstərir ki, əslində biz təkpartiyalı ölkədə yaşayırıq – bu, DONUZ PARTİYASIDIR!”
Mask əlavə edib ki, artıq xalqın maraqlarını ön planda tutan yeni siyasi partiyanın yaradılmasının vaxtıdır:
“Əgər tarixdə ən böyük borc limiti artımını dəstəkləyirsinizsə, necə özünüzə 'Azadlıq Qrupu' deyə bilərsiniz? Bu, açıq şəkildə borc köləliyi qanunudur,” – deyə Mask vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresi yaxın günlərdə dövlət borc limitinin beş trilyon dollar artırılmasını nəzərdə tutan qanunu qəbul edib. Bu qərar ölkədə ciddi ictimai və siyasi müzakirələrə səbəb olub.
Sevinc Kərimova
