İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib.

Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.