İki həmtəsisçi Thinking Machines Lab-dan ayrılaraq yenidən OpenAI-yə qayıtdı

İki həmtəsisçi Thinking Machines Lab-dan ayrılaraq yenidən OpenAI-yə qayıtdı

Səidə Əsədli ·

Thinking Machines Lab şirkəti bu həftə iki həmtəsisçisini itirib. Şirkətin texniki direktoru və həmtəsisçisi Barret Zoph, eləcə də həmtəsisçi Luke Metz OpenAI-yə qayıdıb. Onlarla yanaşı, tədqiqatçı Sam Şonholts da OpenAI-də fəaliyyətini bərpa edib.

Redaksiya məlumat verir ki, Barret Zophun şirkətdən ayrılması barədə məlumat çərşənbə günü Mira Murati tərəfindən açıqlanıb və bundan təxminən bir saat sonra OpenAI-nin tətbiqlər üzrə rəhbəri hər üç şəxsin yenidən OpenAI-yə qoşulduğunu bildirib. Qeyd olunub ki, bu proses bir neçə həftədir planlaşdırılırdı.

Thinking Machines Lab 2025-ci ilin iyul ayında 2 milyard dollar investisiya cəlb edərək 12 milyard dollar dəyərində qiymətləndirilib. Bu, şirkətin qısa müddətdə itirdiyi ikinci həmtəsisçidir. Daha əvvəl, 2025-ci ilin oktyabrında Endryu Tallok Meta şirkətinə keçmişdi.

Mütəxəssislərin fikrincə, texnologiya sektorunda OpenAI kimi iri oyunçularla rəqabət aparmağın çətinliyi bu hadisədə aydın görünür. Yüksək maliyyə resurslarına baxmayaraq, əsas qurucu heyətin qısa müddətdə dağılması şirkətin daxili strateji və idarəetmə problemlərinə işarə kimi qiymətləndirilir.