Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə razılıq verdiyi bildirilir. Görüşün Türkiyədə keçirilməsi planlaşdırılır və müzakirələrin aparılması üçün hazırlıqlar görülür.
Redaksiya ABŞ-nin Fox News mətbuatına istinadla xəbər verir ki, görüşün təşəbbüskarı Rusiya tərəfi olub. Vladimir Putin bu görüşü həftə sonu keçirməyi təklif edib, lakin Zelenski tərəfi bu təklifi qəbul edərək görüşün bazar günü baş tutmasını razılaşdırıb. Məlumata görə, görüşün keçirilməsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın da rolu olub. Tramp Zelenskini Putinlə görüşməyə təşviq edib.
Görüşün gündəliyində Ukrayna və Rusiya arasında davam edən münaqişənin həlli yolları, atəşkəs və sülh danışıqları kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Hər iki tərəfin bu görüşdən nəticə əldə etmək istəyi, bölgədəki gərginliyin azalmasına və sülhə doğru atılan mühüm addım kimi qiymətləndirilir.
Görüşün nəticələri bölgənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edəcək. Tərəflərin razılığa gəlməsi, münaqişənin həlli istiqamətində irəliləyişə vəziyyət yarada bilər.
Sevinc Kərimova
