İctimai səhiyyənin aktual məsələləri müzakirə olunub

İctimai səhiyyənin aktual məsələləri müzakirə olunub

Aytac Dəniz · Səhiyyə ·

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, səhiyyə və tibb işçiləri, eləcə də tanınmış şəxslər iştirak ediblər.

Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova da iştirak edib.

Konfrans çərçivəsində Azərbaycanda ictimai səhiyyənin mövcud vəziyyəti, qarşıda duran aktual məsələlər, inkişaf perspektivləri, eləcə də səhiyyə sahəsində həyata keçirilən layihə və tədqiqatlar ətrafında fikir mübadiləsi aparılıb.