Hindistan, ABŞ-ın təzyiqləri səbəbindən müvəqqəti dayandırdığı Rusiyadan neft idxalına yenidən başlayıb.
Redaksiya Bloomberg-ə istinadla xəbər verir ki, Moskva, Vaşinqtonun gömrük rüsumları ilə bağlı hədələrinə baxmayaraq, Hindistanın ucuzlaşdırılmış qiymətlərlə Rusiyadan neft alacağını gözlədiyini bildirib.
Məlumata görə, Rusiya tərəfindən təklif edilən təqribən 5 faizlik endirim Hindistan üçün Rus neftini əvəzolunmaz edib. Kremlin mövqeyinə görə, bu güzəşt sayəsində Hindistanın idxalı davam etdirməsi qaçılmaz görünür.
Beləliklə, Hindistanın Rusiyadan enerji asılılığı ABŞ-ın iqtisadi təzyiqlərinə rəğmən davam etməkdədir.
Fərid Əlizadə
