Hind okeanında ABŞ hərbi gəmisi raket hücumuna uğradı

Hind okeanında ABŞ hərbi gəmisi raket hücumuna uğradı

Redaksiya · Media ·

Hind okeanında Amerika Birləşmiş Ştatlarının bir hərbi gəmisinin raket hücumuna məruz qaldığı bildirilir. Hadisə martın 4-də qeydə alınıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri tərəfindən Hind okeanında yerləşən Amerika hərbi gəmisinə raket zərbələri endirilib. Tasnim agentliyinin məlumatına görə, İİKK-nin Hərbi Dəniz Qüvvələri "Qədr-380" və "Təlayeh" raketləri ilə Hind okeanında, İran sahillərindən 650 km aralıda yerləşən Amerika hərbi destroyerinə və onun yaxınlığındakı yanacaq dolduran gəmiyə zərbələr endirib.

Məlumata görə, zərbələrdən sonra gəminin göyərtəsində yanğın baş verib. Hadisənin təfərrüatları və nəticələri barədə əlavə məlumatlar gözlənilir.