“Həzi Aslanov”dakı təmir yekunlaşdı

“Həzi Aslanov”dakı təmir yekunlaşdı

Aytac Dəniz · İqtisadiyyat ·

Metronun “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.

Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1 000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb.

“Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.