ABŞ müharibə naziri Pit Heqset İranla davam edən qarşıdurma fonunda Amerika ordusunun hərbi sənaye kapasitetini müharibə səviyyəsinə qaldırdıqlarını bildirib.
Redaksiya xəbər verir ki, Heqset bu barədə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı danışıb. O, 2027-ci il üçün 1,5 trilyon dollarlıq hərbi büdcə tələbini İranın nüvə ambisiyalarının qarşısını almaq üçün zəruri addım kimi təqdim edib.
Heqsetin sözlərinə görə, ABŞ ordusu artıq yalnız müdafiə planlaması aparmır, real müharibə şəraitinə uyğun istehsal və təchizat modelinə qayıdır. O bildirib ki, silah, sursat, raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatları və donanma imkanları daha yüksək tempdə gücləndirilməlidir.
Müharibə naziri İranın nüvə silahı əldə etməsinin qarşısını almağı ABŞ üçün “varoluşsal mübarizə” kimi xarakterizə edib. Onun fikrincə, bu məsələ təkcə Yaxın Şərqdəki qüvvələr balansı ilə bağlı deyil, həm də Amerika xalqının təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyır.
ABŞ Baş Qərargah rəisi general Den Keyn isə İranla bağlı hərbi əməliyyatların indiyə qədər 25 milyard dollara başa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, son iki ay ərzində bu vəsait əsasən hava hücumundan müdafiə, pilotsuz sistemlər, raket ehtiyatları və dəniz qüvvələrinin gücləndirilməsinə yönəldilib.
Keyn əlavə büdcənin həyati əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, İranla qarşıdurma uzandıqca ABŞ ordusunun yalnız mövcud ehtiyatlarla kifayətlənməsi mümkün deyil və hərbi sənaye bazası daha uzunmüddətli müharibə tempinə uyğunlaşdırılmalıdır.
Demokratlar isə Tramp administrasiyasının İran siyasətini sərt tənqid ediblər. Komit
