Qəzzaya humanitar yardım aparan “Hanzala” gəmisində olan Avropa Parlamenti üzvü Ema Foura bölgəyə çatmaq üzrə olduqlarını bildirib.
Redaksiya xəbər verir ki, Ema Foura Qəzza sahillərinə yaxınlaşdıqlarını və bu missiyanın tamamilə dinc və humanitar məqsədlə həyata keçirildiyini vurğulayıb.
“İsrail tərəfindən saxlanılmamağı ümid edirik. Bizim məqsədimiz sadəcə aclıq və mühasirə altındakı insanlara yardım çatdırmaqdır,” – deyə Foura açıqlamasında qeyd edib.
Hazırda gəminin yaxınlığında pilotsuz uçuş aparatlarının müşahidə edildiyi, rabitə əlaqəsinin müəyyən anlarda kəsildiyi də bildirilir. İsrail ordusu isə məsələyə dair hələlik rəsmi açıqlama verməyib. Missiya beynəlxalq hüquqa əsaslanaraq dəniz yoluyla yardım çatdırmaqda israrlıdır.
Sevinc Kərimova
