“AzerGold” QSC-nin Hüquq şöbəsinin müdiri Gündüz Məmmədli vəzifəsindən ayrılıb.
Məlumata görə, Gündüz Məmmədli avqust ayının sonundan etibarən şirkətdən ayrılıb və hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, G.Məmmədli 2025-ci ildən “AzerGold” QSC-nin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışırdı.
O, əmək fəaliyyətinə 2009-cu ildə məhkəmə sahəsində başlayıb. 2011–2021-ci illərdə “AzRe Təkrarsığorta” ASC-nin Hüquq departamentində şöbə müdiri və departament rəhbəri vəzifələrində çalışıb. Eyni zamanda “Qala Sığorta” ASC-də Audit Komitəsinin sədr müavini olub. 2014-cü ildən Azərbaycan Respublikası “AzerGold”dan əvvəl isə “Təmiz Qaz” QSC-nin Hüquq şöbəsinin rəhbəri olub. (Plat.az)
