NASA, Google ilə birlikdə Ay və ya Marsa uzunmüddətli missiyalar zamanı kosmonavtların sağlamlıq problemlərini həll etməsinə kömək edə biləcək süni intellekt tibbi assistentini sınaqdan keçirir. “Crew Medical Officer Digital Assistant” (CMO-DA) adlanan bu alət, gəmidə həkim olmadıqda və Yer ilə əlaqə gecikdiyi və ya mümkün olmadığı hallarda tibbi yönləndirmə vermək üçün nəzərdə tutulub.
Redaksiya xəbər verir ki, sistem Google Cloud-un Vertex AI platformasında yaradılıb və səs, mətn, şəkil emalı imkanlarına malikdir. Layihənin mənbə kodu NASA-ya məxsusdur və modellər xüsusi olaraq agentlik tərəfindən təkmilləşdirilib. Assistent topuq zədəsi, böyrək nahiyəsində ağrı və qulaq ağrısı kimi ssenarilərdə sınaqdan keçirilib, diaqnostik dəqiqliyi isə həkimlər — o cümlədən bir astronavt tərəfindən — 74% ilə 88% arasında qiymətləndirilib.
Gələcək planlara tibbi cihazlarla inteqrasiya və mikroçəki (mikroyerçekimi) kimi kosmosa xas şəraitə uyğunlaşdırma daxildir. Layihə uğurlu olarsa, bu texnologiya yalnız kosmosda deyil, həm də Yer üzündə ucqar bölgələrdə inkişaf etmiş diaqnostika imkanlarının çatdırılmasına töhfə verə bilər.
Fərid Əlizadə
