Dünya üzrə istifadəçilər bu gün Google, Spotify və YouTube platformalarına daxil olmaqda çətinliklərlə üzləşiblər. Xidmətlər eyni anda fəaliyyətini dayandırıb və milyonlarla insan qlobal səviyyədə problemlər barədə məlumat verib.
Redaksiya xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər xidmətlərə girişin mümkün olmadığını, axtarışların işləmədiyini və videoların açılmadığını bildiriblər. Problemlərin yaranma səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
Hazırda texniki mütəxəssislərin nasazlığı aradan qaldırmaq üçün iş apardığı qeyd olunur. İstifadəçilərə səbirli olmaları tövsiyə edilir.
