Google-un Gemini platforması istifadəçinin üzünü istifadə edərək video yaratma funksiyasını test etməyə başlayıb.
Redaksiya xəbər verir ki, yeni funksiya artıq məhdud sayda test istifadəçisinə təqdim olunub.
Məlumata görə, sistem istifadəçinin görüntüsü əsasında süni intellektlə video kontent yarada bilir. Bu texnologiyanın qısa video, təqdimat və rəqəmsal avatar formatlarında işləməsi gözlənilir.
Eyni zamanda texnologiya dairələrində Google I/O 2026 tədbirində “Gemini Omni” adlı yeni modelin təqdim ediləcəyi müzakirə olunur.
İddialara görə, Gemini Omni mətn, şəkil, video, səs və kod daxil olmaqla müxtəlif kontent növlərini hazırlaya bilən universal Sİ platforması olacaq.
Ekspertlər hesab edirlər ki, Google OpenAI, Anthropic və xAI ilə rəqabətdə Gemini-ni daha geniş multimodal ekosistemə çevirməyə çalışır.
Şirkət tərəfindən funksiyanın bütün detalları və rəsmi təqdimatı ilə bağlı hələ tam açıqlama verilməyib.
