Google Gemini 3.5 Flash adlı yeni süni intellekt, yəni Sİ modelini istifadəyə verib.
Redaksiya xəbər verir ki, yeni model tapşırıq həlli, proqramlaşdırma, analitika və məntiqi nəticə çıxarma sahələrində daha sürətli və güclü performans göstərmək üçün hazırlanıb.
Məlumata görə, Gemini 3.5 Flash əvvəlki versiyalarla müqayisədə daha geniş kontekst pəncərəsinə malikdir. Bu isə modelin daha böyük kod bazaları, uzun sənədlər və mürəkkəb çoxmərhələli tapşırıqlarla işləməsini asanlaşdırır.
Google-un yeni modelə aktual dünya kontekstini və hadisələr arasındakı əlaqələri daha yaxşı anlamağa yönəlmiş “World Model” yanaşması əlavə etdiyi bildirilir.
Texnologiya icmaları Gemini 3.5 Flash-ı xüsusilə vayb-kodinq, sürətli prototipləmə və agent əsaslı iş axınları üçün mühüm yenilik kimi qiymətləndirir.
Modelin daha güclü versiyalarının yaxın dövrdə istifadəyə veriləcəyi gözlənilir.
