İran və İsrail rəsmiləri bölgədəki son vəziyyətlə bağlı yeni bəyanatlar veriblər.
Redaksiya xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın mümkün yeni hücumuna cavab olaraq açıqlama verib: “Əgər ABŞ ölkəmizə yenidən hücum edərsə, biz də cavab zərbəsi endirmək hüququmuzdan yenidən istifadə edəcəyik.”
Eyni zamanda CNN-in yaydığı məlumata görə, adının açıqlanmasını istəməyən İsrailli yüksək rütbəli rəsmi bildirib: “Bir neçə gün ərzində müharibəni bitirməyə hazırıq.”
Sevinc Kərimova
