Fridrix Mertsin Ukrayna ilə bağlı tələbi Avropada tənqid olunur

Fridrix Mertsin Ukrayna ilə bağlı tələbi Avropada tənqid olunur

Nizami Salmanov · Media ·

Almaniya kansleri Fridrix Mertsin Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üçün büdcəsinə dəstəyi Ukraynaya maliyyə yardımı ilə əlaqələndirməsi Avropada tənqidlərə səbəb olub.

Redaksiya məlumat verir ki, Merts Aİ-nin bütün üzv dövlətlərinin Ukraynaya maliyyə yardımı göstərməklə bağlı öhdəlik götürməsini tələb edib. Kansler bu məsələni İttifaqın növbəti yeddiillik büdcəsinin dəstəklənməsi üçün şərt kimi irəli sürüb.

Almaniya hökumətinin başçısının mövqeyi bəzi Avropa dairələrində narazılıqla qarşılanıb. Tənqidçilər onun yanaşmasını digər üzv dövlətlərə təzyiq göstərmək cəhdi kimi qiymətləndiriblər.

“Merts şantaja əl atır”, – deyə kanslerin mövqeyini tənqid edənlər bildiriblər.

Mübahisənin əsasını Ukraynaya maliyyə dəstəyinin Aİ-nin uzunmüddətli büdcə razılaşması ilə əlaqələndirilməsi təşkil edir.

Mertsin tələbinin üzv dövlətlər arasında büdcə danışıqlarına necə təsir göstərəcəyi isə hələlik məlum deyil.