Fransada Brijit Makronun əsl adının kişi adı olduğu qalmaqalı böyüyür

Fransada Brijit Makronun əsl adının kişi adı olduğu qalmaqalı böyüyür

Sevinc Kərimova · Cəmiyyət ·

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun adının dövlətin rəsmi vergi saytında “Jean-Michel” (Jan Mişel) kimi qeyd olunması ölkədə qalmaqal yaradıb. İddialara görə, bu məlumat onun “kişi olaraq doğulduğu” haqda sosial şayiələri yenidən gündəmə gətirib.

Redaksiya xəbər verir ki, Yelisey Sarayı yayılan məlumatların saxta olduğunu açıqlayıb. Prezident Administrasiyasının bəyanatında qeyd olunub ki, rəsmi məlumatlar kiberhücum nəticəsində dəyişdirilib və məsələ ilə bağlı təcili istintaq başladılıb.

Hadisə ictimaiyyətdə və sosial mediada geniş rezonans doğurub. Rəsmilər məsələni dezinformasiya kampaniyası adlandırır və bu cür manipulyasiyaların prezident ailəsini hədəf aldığını bildirirlər.

Qeyd edək ki, Brijit Makronun kişi olduğu iddiası artıq uzun müddətdir ki, Fransa və dünya ictimaiətində müzakirə olunur. Hətta bu tərzdə bir sualın vaxtikən ABŞ Prezidenti Donald Trampa da ünvanladığı, lakin cavabında "Onu yaxından görmüşəm, belə bir şey olsa idi bilərdim" dediyi də müzakirələrə qoşulmuşdu.