Fransa Rusiya ilə əlaqəli sanksiyalı tankeri saxladı

Fransa Rusiya ilə əlaqəli sanksiyalı tankeri saxladı

Yulduz Səlimov · Media ·

Fransa Prezidenti Emmanuel Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Atlantik okeanında “Tagor” adlı tankeri saxladığını açıqlayıb.

Redaksiya xəbər verir ki, Makronun sözlərinə görə, tanker Rusiya ilə əlaqəlidir və beynəlxalq sanksiyalar altındadır.

Fransa lideri əməliyyatın beynəlxalq sularda və dəniz hüququna uyğun şəkildə həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, əməliyyatda Böyük Britaniya da daxil olmaqla bir sıra tərəfdaş ölkələr iştirak edib.

Makron qeyd edib ki, bu tip gəmilər sanksiyalardan yayınmağa çalışır və Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə xidmət edir.

Fransa prezidenti belə fəaliyyətin qəbuledilməz olduğunu vurğulayıb.

O əlavə edib ki, sanksiyalardan yayınan tankerlər yalnız siyasi və iqtisadi risk yaratmır, həm də ətraf mühit və dəniz təhlükəsizliyi üçün təhlükə hesab olunur.

Hadisə Avropa ölkələrinin Rusiyanın “kölgə donanması”na qarşı nəzarəti sərtləşdirdiyi dövrə təsadüf edir.