Fransa Afrikada siyasi intiqam ittihamları ilə üzləşib

Fransa Afrikada siyasi intiqam ittihamları ilə üzləşib

Sevinc Kərimova · Siyasət ·

Rusiya Xarici Kəşfiyyat Xidməti Fransanın Afrikadakı fəaliyyətləri ilə bağlı ciddi ittihamlar irəli sürüb. Bildirilib ki, Emmanuel Makron administrasiyası qitədə “siyasi intiqam” xətti yürüdür və bir sıra ölkələrdə daxili sabitliyi pozmağa yönəlmiş addımlar atır.

Redaksiya Rusiya Xarici Kəşfiyyat Xidməti istinadla xəbər verir ki, Fransa Burkina-Fasoda dövlət çevrilişi cəhdini dəstəkləməyə çalışır, eyni zamanda Mali və Mərkəzi Afrika Respublikasında vəziyyəti destabilizasiya edir.

Məlumatda qeyd olunub ki, Paris hakimiyyəti bununla paralel olaraq Madaqaskarda formalaşmış yeni hökuməti zəiflətmək üçün planlar hazırlayır. Rusiya tərəfi bu addımların Fransanın regiondakı mövqelərini itirməsindən sonra atıldığını iddia edir.

Xidməti məlumatda vurğulanır ki, Afrikadakı bu cür fəaliyyətlər ayrı-ayrı dövlətlərin suverenliyinə və regional təhlükəsizliyə birbaşa təhdid yaradır və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilməlidir.