Fidanın İsrail-Yunanıstan İttifaqı barədə açıqlamaları rezonans doğurdu

Fidanın İsrail-Yunanıstan İttifaqı barədə açıqlamaları rezonans doğurdu

Nizami Salmanov · Media ·

Türkiyə Xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. O, İsrailin Yunanıstan və Cənubi Kipr yunan administrasiyası ilə qurduğu islama qarşı ittifaq barədə qiymətləndirmələr verib və bu açıqlamalar böyük rezonans doğurub.

Redaksiya məlumat verir ki, Yunanıstan mətbuatında Yunanıstanın İsraillə qurduğu “çirkli ittifaq”a etiraz səsləri yayılmağa başlayıb. Xarici işlər naziri Hakan Fidan İsrail–Yunanıstan–GKRY arasındakı hərbi ittifaq barədə bildirib ki, Yunanıstandan başqa Avropada heç kim bu cür hərbi əməkdaşlığın qurulması üçün müqavilə imzalamayıb. O əlavə edib ki, Türkiyə özünü müdafiə etməyə qadirdir və regionda bu hərbi ittifaqa narahatlıqla yanaşan ölkələr var.

Efimerida Ton Sintakton qəzeti Fidanın açıqlamalarından sonra “İndi isə Yunanıstan-İsrail ittifaqı haqqında danışaq” başlığını dərc edib. Qəzet "Beynəlxalq hüququn bütün çərçivəsindən kənarda fəaliyyət göstərən, təcavüzkar müharibələr və soyqırımlar törədən, baş naziri bəşəriyyətə qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsində cavab verəcək vəziyyətdə olan bir ölkə ilə necə ittifaq qura bilərsiniz?" sualını ünvanlayıb. Həmçinin, "İsrailə təslim olan hökumət aciz vəziyyətdədir" şərhini yayıb.

Xarici işlər naziri Fidan Yunanıstandan başqa İsraillə tərəfdaşlıq quran başqa bir Avropa ölkəsinin olmadığını da vurğulayıb. O, "Avropada Yunanıstandan başqa belə bir əməkdaşlığa imza atan ölkə yoxdur" sözlərini deyib və bu ifadə böyük rezonans doğurub. Yunan xəbər saytı IN.GR isə "Türkiyənin reaksiyası Yunanıstan-İsrail yaxınlaşmasını qanuniləşdirirmi?" sualını ünvanlayıb.

İttifaqın Yunanıstanı Avropa Birliyi ölkələrinə qarşı da çətin vəziyyətə saldığı qeyd edilib. Greek News on Demand saytı isə "Yunanıstan və GKRY İsraillə yeni sazişlər imzaladığı halda; İsrail İran, Livan və Fələstində hər şeyi məhv edir" ifadəsini işlədib.