Türkiyə xarici işlər naziri Hakan Fidan, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb. Fidan, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtondakı görüşündə əldə olunan tarixi nailiyyətlər münasibətilə Azərbaycanı təbrik edib.
Redaksiya xəbər verir ki, Hakan Fidan, sülh sazişindən öncə Bayramov tərəfindən onlara məlumat verildiyini bildirib.
O, bu prosesin bölgədə sabitlik və əməkdaşlıq üçün mühüm imkanlar açdığını vurğulayıb.
Sevinc Kərimova
