Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Rayonda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.
Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Evləri talayan şəxs tutuldu
Aytac Dəniz · Kriminal ·