İtaliyanın Etna vulkanında avqustun 10-da başlayan güclü lava axını davam edir. Ən uzun axıntının məsafəsi artıq 2 kilometrə çatıb.
Redaksiya xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu vəziyyətin nəzarətdə saxlanıldığını, lakin vulkandakı hərəkətliliyin güclü partlayışlara yol aça biləcəyini açıqlayıb.
Mütəxəssislər yaxın günlərdə Etna ətrafında seysmik aktivliyin də arta biləcəyini istisna etmirlər.
Kənan Cəlilov
