Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfərindən sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaksiya Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfir nazirlikdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Rusiya tərəfi görüş zamanı Ermənistanın Zelenskiyə “Rusiyaya qarşı terror təhdidləri səsləndirmək üçün platforma” təqdim etməsini qəbuledilməz adlandırıb.
Moskva bildirib ki, bu cür addımlar Ermənistan-Rusiya münasibətlərində əlavə gərginlik yarada bilər.
Hadisə Ermənistanla Rusiya arasında münasibətlərin son dövrlərdə daha da soyuması fonunda baş verib.
