İran istehsalı “Məcid” hava hücumundan müdafiə sistemlərinin ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin inventarına daxil edildiyi bildirilir.
Redaksiya xəbər verir ki, sistemlər Ermənistanın hava müdafiə imkanlarını gücləndirmək məqsədilə alınıb.
“Məcid” qısa mənzilli hava müdafiə kompleksi hesab olunur və əsasən aşağı hündürlükdə uçan hədəflərə qarşı istifadə edilir.
Sistem dronlar, helikopterlər, qanadlı raketlər və aşağı sürətli hava hədəflərini aşkarlayıb məhv etmək üçün hazırlanıb.
Bu addım Ermənistanın son illərdə hava hücumundan müdafiə sistemlərini yeniləməyə və xüsusilə dron təhlükəsinə qarşı daha çevik müdafiə qurmağa çalışdığını göstərir.
İran-Ermənistan hərbi əməkdaşlığı Cənubi Qafqazda təhlükəsizlik balansı baxımından diqqətlə izlənilir.
Rəsmi İrəvan sistemlərin sayı və yerləşdiriləcəyi bölgələrlə bağlı əlavə detal açıqlamayıb.
