Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Leman jurnalının son günlərdə yayımladığı karikaturalara münasibət bildirib.
Redaksiya xəbər verir ki, Ərdoğan paylaşımında Türkiyənin necə qurulduğunu, hansı təməllər üzərində inşa edildiyini və Türkiyə Böyük Millət Məclisinin necə açıldığını bir daha xatırlatmaq lazım olduğunu vurğulayıb. “1920-ci il tarixli həmin tarixi teleqramı sadələşdirərək və qısaca xatırladıram. Bu ölkəni quran əsas iradə budur”, — deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti həmçinin Türkiyə Respublikasının tarixini və milli iradəsini bilməyənlərə qarşı sərt mövqe nümayiş etdirib və vurğulayıb ki, dövlətin əsasını təşkil edən dəyərləri heç kim kölgə altına sala bilməz.
Sevinc Kərimova
