Ərdoğan: Ölkəmizi və millətimizi narahatedici gələcək gözləyir

Ərdoğan: Ölkəmizi və millətimizi narahatedici gələcək gözləyir

Sevinc Kərimova · Siyasət ·

"Ölkəmizi və millətimizi əhali məsələsində narahatedici gələcək gözləyir" - bu sözləri Türkiyə Prezidenti Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində KADEM 5. Adi Ümumi Qurultayında çıxış edərkən dilə gətirib.

Redaksiya Türkiyə mətbuatına istinadən xəbər verir ki, O, bugün sözlərinə davam edərək:

"Ailənin, ailə qurmağın, uşaq sahibi olmağın əvvəl heç olmadığı qədər zədələndiyi bir dövrün içindəyik.

Əhalimizi artırmaq üçün bir sıra tədbirlər gördük, tətbiq etməyə başladıq, lakin məsələnin maddi təşviqlərdən kənarda bir mədəniyyət təsəvvürü olduğunu unutmamalıyıq." - deyib.

Sevinc Kərimova