İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin son hərbi əməliyyatlarına münasibət bildirərək diplomatik yolların məhv edildiyini bəyan edib. O vurğulayıb ki, İran danışıqlardan çəkilməyib ki, kimsə onu yenidən masa arxasına çağırmağa çalışsın.
Redaksiya xəbər verir ki, Əraqçi çıxışında kəskin ifadələrlə bildirib: “Diplomasiyanı tamamilə məhv edən ABŞ və İsraildir. İran isə heç vaxt danışıqları tərk etməyib ki, necə geri dönə bilər?”
Nazir əlavə edib ki, ABŞ-ın İsfahandakı nüvə obyektinə qarşı həyata keçirdiyi hücum əhəmiyyətli dağıntıya səbəb olmayıb: “İsfahan nüvə obyektinə edilən hücum nəticəsində ciddi bir zərər qeydə alınmayıb. Hücumun detalları yaxın zamanda aidiyyəti qurumlar tərəfindən açıqlanacaq.”
Əraqçinin bu bəyanatları Tehran rəhbərliyinin danışıqlara bağlı mövqeyində dəyişiklik olmadığını göstərməklə yanaşı, hücumların İranın nüvə proqramına mane ola bilmədiyini vurğulamaq məqsədi daşıyır.
Sevinc Kərimova
