Practical training conducted at Hacıqabul Poultry Company LLC

Practical training conducted at Hacıqabul Poultry Company LLC

Orxan Börüsoy · Media ·

18 avqust 2026-cı il tarixində “Hacıqabul Quşçuluq Şirkəti” MMC-də quşçuluq sahəsində infeksion xəstəliklərin laborator diaqnostikasına həsr olunmuş təlim keçirilib.

Bölgə müxbiri xəbər verir ki, təlim çərçivəsində quş qripi, Nyukasl və Gumboro xəstəlikləri, onların əsas xüsusiyyətləri, laborator müayinə yanaşmaları və müasir diaqnostik imkanlar haqqında ətraflı məlumat verilib.

Təlimin nəzəri hissəsi ilə yanaşı, laboratoriya əməkdaşları üçün praktiki məşğələ də təşkil olunub. Praktiki hissədə Gumboro xəstəliyinin laborator şəraitdə müəyyənləşdirilməsi üçün IDEXX test dəstinin tətbiqi, test proseduru və müayinə mərhələləri əyani şəkildə nümayiş etdirilib.

Təlimdə baytar həkim, baytarlıq elmləri doktoru Aleksey bəy, eləcə də Mərkəzi və Şərqi Avropa, Türkiyə, Yaxın Şərq və Afrika üzrə texniki dəstək və laboratoriya məsələləri üzrə mütəxəssis Eleonora xanım iştirak edərək öz bilik və təcrübələrini bölüşüblər.