Əlil arabasındakı alman mühəndis tarixi kosmik uçuş edib

Əlil arabasındakı alman mühəndis tarixi kosmik uçuş edib

Fərid Əlizadə · Elm ·

Almaniyadan olan mühəndis Michaela Benthaus əlil arabası istifadəçisi kimi kosmosa uçan ilk insan olub. O, ABŞ-nin Texas ştatından havaya qalxaraq qısa müddətli suborbital uçuş həyata keçirib.

Redaksiya BBC News-a istinadla xəbər verir ki, Michaela Benthaus 7 il əvvəl dağ velosipedi qəzası nəticəsində onurğa beyni zədəsi alıb. Buna baxmayaraq, o, internet vasitəsilə təqaüddə olan kosmik mühəndislə əlaqə saxlayaraq astronavt olmaq arzusunun mümkünlüyünü araşdırıb.

Nəticədə Blue Origin şirkətinin təşkilatçılığı ilə tarixi uçuş reallaşıb. Uçuş zamanı 6 nəfərdən ibarət heyət kosmosun sərhədi hesab edilən Karman xəttini keçərək təxminən 10 dəqiqəlik missiyanı tamamlayıb.

Avropa Kosmik Agentliyində çalışan Benthaus bildirib ki, yaşadığı qəzadan sonra dünyanın əlillər üçün hələ də kifayət qədər əlçatan olmadığını daha dərindən anlayıb və bu uçuş onun üçün həm peşəkar, həm də şəxsi baxımdan xüsusi əhəmiyyət daşıyıb.