Silivri həbsxanasında saxlanılan İstanbulun sabiq bələdiyyə sədri Əkrəm İmamoğlu səhhətində yaranan problem səbəbilə xəstəxanaya köçürülüb.
Redaksiya xəbər verir ki, İmamoğlu bel nahiyəsində ağrılar hiss etdiyini bildirib və tibbi müayinə üçün tibb müəssisəsinə aparılıb. Müayinədən sonra onun vəziyyəti stabilləşib və o, yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Həkimlərin ilkin rəyinə əsasən, vəziyyəti ciddi olaraq qiymətləndirilməyib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Sevinc Kərimova
