Əfqanıstan və Pakistan sərhədində gərgin döyüşlər başladı

Əfqanıstan və Pakistan sərhədində gərgin döyüşlər başladı

Sevinc Kərimova · Siyasət ·

Əfqanıstan xarici işlər naziri Pakistana xəbərdarlıq edib: “İngilislərdən, Sovetlərdən, amerikalılardan və NATO-dan soruşun, Əfqanıstanla oynamanın nə qədər mənasız olduğunu sizə izah edərlər.”

Redaksiya xəbər verir ki, Əfqanıstan və Pakistan qüvvələri arasında sərhəd bölgəsində şiddətli atışmalar başlayıb. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda yeddi sərhəd vilayətində qarşıdurmalar davam edir.

Yerli mənbələr Pakistan ordusunun Əfqan sərhəd postunu məhv etdiyini göstərən görüntülər yayıb. Taliban hökuməti isə sərhədə əlavə qüvvələr göndərməyə başladığını təsdiqləyib.

Bildirilib ki, Taliban döyüşlərdə öldürülən və əsir alınan Pakistan əsgərlərinin fotolarını da yayıb. Pakistan hərbi hava qüvvələrinin sərhəd boyunca uçuşlar həyata keçirdiyi bildirilir. Sərhəd xətti boyunca vəziyyətin gərgin olaraq qaldığı qeyd olunur.