Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Yulduz Səlimov · Cəmiyyət ·

Tərtər rayonuna yeni prokuror təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyev bununla bağlı müavifiq Əmr imzalayıb.

Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.

Qeyd edək ki, Tərtərin əvvəlki prokuror Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.