Dünyanın ən faydalı tərəvəzi: Elmi araşdırmalar nəticəni açıqladı

Dünyanın ən faydalı tərəvəzi: Elmi araşdırmalar nəticəni açıqladı

Sona Osmanova · Elm ·

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin apardığı araşdırmaya əsasən, brokoli qida dəyərinə görə dünyanın ən faydalı tərəvəzi hesab olunub. Tədqiqat çərçivəsində 41 müxtəlif meyvə və tərəvəz analiz edilib və brokoli maksimum göstərici əldə edib.Redaksiya mənbəyə istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə brokoli 100 üzərindən 100 bal toplayaraq siyahının lideri olub. Bir stəkan brokoli gündəlik K vitamini tələbatının 100 faizini, C vitamininin 17 faizini və A vitamininin 6 faizini təmin edir.Mütəxəssislər bildirir ki, brokolinin əsas üstünlüklərindən biri də çox aşağı kalorili olmasıdır. Bu tərəvəz cəmi 4 kkal enerji dəyərinə malikdir və bu xüsusiyyət onu sağlam qidalanma üçün ideal edir.Qeyd olunur ki, siyahıda ikinci yerdə pomidor qərarlaşıb və onun göstəricisi 20.37 bal təşkil edib. Mütəxəssislər brokolinin balanslı qida rasionunda müntəzəm istifadəsini tövsiyə edirlər.