Dünyanın ən böyük telekommunikasiya şirkəti sındırıldı

Dünyanın ən böyük telekommunikasiya şirkəti sındırıldı

Fərid Əlizadə · Texnologiya ·

ABŞ mərkəzli dünyanın ən böyük telekommunikasiya şirkəti sayılan AT&T kiberhücumun hədəfi olub.

Redaksiya xəbər verir ki, naməlum hakerlər tərəfindən həyata keçirilən hücum nəticəsində 88 milyondan çox istifadəçinin şəxsi məlumatları oğurlanıb. Bu, son illərin ən böyük məlumat sızmalarından biri kimi qiymətləndirilir.

Hadisənin detalları ictimaiyyətlə tam paylaşılmasa da, sızan məlumatlar arasında ad-soyad, ünvan, telefon nömrələri və bəzən hətta ödəniş məlumatlarının da olduğu bildirilir. Şirkət məsələ ilə bağlı daxili araşdırmalara başladığını və hüquq-mühafizə orqanlarının da prosesə cəlb olunduğunu açıqlayıb.

ABŞ rəsmiləri isə istifadəçiləri diqqətli olmağa və şəxsi məlumatlarını qorumaq üçün əlavə tədbirlər görməyə çağırır.

Fərid Əlizadə