Dövlət xidməti: Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır

Dövlət xidməti: Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır

Aytac Dəniz · Mədəniyyət ·

Ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, həmçinin abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır, daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir.